Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:35

Müstəntiqlərə Assange-ın 'yuvası'na girməyə icazə verdilər


 Julian Assange Ekvador səfirliyində.
Julian Assange Ekvador səfirliyində.

►İllər sürən diplomatik səylərin ardından Ekvador Xarici İşlər Nazirliyi İsveç rəsmilərinin səfirliyə daxil olmasına və Assange-ı dindirməsinə icazə verəcəyini bildirib

CNN xəbər verir ki, İsveç, nəhayət, 4 il əvvəl Ekvadorun Londondakı səfirliyinə sığınan "WikiLeaks"in yaradıcısı Julian Assange-ı dindirmək imkanı əldə edə bilər.

Assange “suçsuzam” deyir

İsveç prokurorlarının cinsi təcavüz ittihamı ilə bağlı dindirmək istədikləri Assange bu ölkəyə ekstradisiya edilməkdən qorunmaq üçün Ekvadorun Londondakı səfirliyinə sığınıb. Avstraliya vətəndaşı olan Assange İsveçdə hər hansı qanun pozuntusuna yol vermədiyini deyir.

İllər sürən diplomatik səylərin ardından Ekvador Xarici İşlər Nazirliyi İsveç rəsmilərinin səfirliyə daxil olmasına və Assange-ı dindirməsinə icazə verəcəyini bildirib.

Buna da bax: “Assange buraxılmaldır”

"Baş prokurorluq İsveç Krallığının prokurorluğuna Julian Assange-ın dindirilməsinə hazır olduğunu bildirib", - nazirliyin bəynatında belə deyilir.

İsveç Prokurorluq İdarəsinin sözçüsü bu bəyanatı alqışlayıb:

"Bu, müsbət addımdır və istintaqın davam etməsinə imkan verir".

Mümkün dindirmənin detalları açıqlanmır

Julian Assange
Julian Assange

Bəyanatda o da deyilir ki, dindirilmənin vaxtı "üzümüzə gələn həftələrdə" razılaşdırılacaq. Dindirilmənin necə keçiriləcəyindənsə heç bir məlumat verilmir.

Julian Assange 2012-ci ilin iyulundan bəri səfirliyin ərazisində yaşayır. Həmin il Ekvador ona siyasi sığınacaq verib.

O, İsveçin onu ABŞ-a ekstradisiya edəcəyindən qorxduğunu deyib. ABŞ hökumətinin sirlərini "WikiLeaks"də dərc etdiyinə görə, bu ölkədə onu ölüm hökmü gözləyir.

ABŞ-da Assange-a heç bir rəsmi ittiham irəli sürülməyib.

Buna da bax: Assange barəsindəki qərarı qələbə sayır

Daha öncə…

İsveç prokurorları onu Londondakı Ekvador səfirliyində dindirmək variantıyla razılaşmır, iddia edirdilər ki, dindirilmə İsveç torpağında baş tutmalıdır. Ötən il Assange İsveç prokurorkarı tərəfindən Londondakı Ekvador səfirliyində dindirilməyə icazə verib.

2006-cı ildə yaradılan "WikiLeaks" minlərlə gizli hökumət sənədini, diplomatik yazışma və videonu ictimailəşdirib.

Elə bu ay - "WikiLeaks" Demokratik Milli Komitəsinin elektron məktiblarını və səsli mesajlarını üzə çıxarandan sonra Assange yenə dünya mətbuatının gündəminə gəlib.

Hillary Clinton-un seçki kampaniyasına ziyan vuracağını vəd edən Assange Londondakı Ekvador səfirliyndən peyk vasitəsilə mediaya açıqlamalar verib.

"WikiLeaks"in etdikləri…

"WikiLeaks" illərlə həssas hökumət sənədlərini ictimaiyyətə açıqlayıb. 2007-ci ildə ABŞ-ın Quantanamodakı "Camp Delta" həbsxanasındakı işgəncələrə dair sənədi də "WikiLeaks" diqqətə yetirmişdi.

Sayt 2010-cu ildə Əfqanıstandakı savaşı haqqında 90 mindən çox gizli sənədi ictimailəşdirmişdi. Bu, Vyetnam savaşı dönəmində dərc edilmiş "Pentaqon Sənədlərindən" bəri baş verən ən böyük sızdırma sayılır.

"WikiLeaks" İraq müharibəsindən 400 minədək gizli hərbi sənədi də dərc edib. Onların arasında öldürülən iraqlıların sayı, İraqın ordu və polisinin törətdiyi cinayətlər barədə məlumatlar da var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG