Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:49

Səbəb puldur


arxiv fotosu
arxiv fotosu

440 nəfər ali təhsildən imtina etdi.

«İyulun 29-dan avqustun 10-na kimi ali təhsil müəssisələrinə ixtisas seçimində iştirak edən 38 min 113 abituriyent qəbul olunmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. Abituriyentlərdən 440 nəfər isə ixtisas seçimi etsə də, ərizəsini təsdiq etməyib. Nəticədə onlar ali məktəblərə qəbuldan kənarda qalıblar».

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib.

Xəbərdə 440 abituriyentin bu addımının səbəbi göstərilmir.

Niyə abiturientlər qəbul olur, sonra ali məktəbdən imtina edirlər? Səbəb nə ola bilər?

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü deyir ki, ixtisasını təsdiqləməkdən imtina etməyin əsas səbəbi maddiyyatdır:

Məlahət Mürşüdlü
Məlahət Mürşüdlü

“Abuturiyentlərin seçdikləri ixtisasdan imtina etməsinin əsas səbəbi ödənişlərin ödənilə bilməməsidir. Yəni lazımi məbləğin valideynlər tərəfindən ödənilə bilməməsidir. Çoxlu sayda bizim faktlarımız var ki, abituriyent ancaq bu məsələ ilə bağlı seçdiyi ixtisasdan imtina edib. Ayrı bir problem yoxdur”.

Təhsil üzrə ekspert Fuad Hacıyev da bildirir ki, abituriyentlərin seçdikləri imtahandan sonradan imtina etməsinin səbəbi ödənişli əsaslarla oxuya bilməmələridir:

“Ölkə səviyyəsində maddi durum yaxşı olanda abituriyentlər ödənişli yazmaqdan da çəkinmirdilər. Nəzərə alsaq ki, ölkədəki son vəziyyətdən sonra on minlərlə insan var ki, sosial şəbəkələrdə, qəzet və jurnallarda, hər gün danışıb gördüyümüz 50-dən çox insan maddi problemlərin çoxluğundan universitetlərdən imtina edirlər. Nəinki ixtisas seçimi və ya təhsillənməkdən.

Bir vaxt trendə çevrilmişdi ki, 2 il hazırlaşmısan, heç olmasa bal yığ. Alınarsa, oxuyarsan fikri vardı uşaqların beynində. Rəssamlıq Akademiyasında, Memarlıq və İnşaat Universitetində xüsusi qabiliyyət imtahanı tələb edilən yerlərdə belə yerlərin sayı 20 dənədir, ancaq qəbul olunan 8 nəfərdir. Bəzi yerlərdə plan yeri 180 dənədir, müraciət edənlərin sayı 170 nəfərdir. Bu o deməkdir ki, aşağı balla da insanlar həmin ixtisaslara qəbul olunacaqlar. Məcbur olacaqlar ikinci turda çox aşağı bal yığmış abituriyentləri həmin fakültələrə qəbul eləsinlər. Bu o deməkdir ki, ötən il 170-200 balla APU-ya müəllim ixtisasına qəbul aparılırdı və həmin 170 balla qəbul olunan tələbə 4 il sonra müəllim olacaq. Sanki ölkəni kor qoymaq üçün hər bir şeyi edəcəklər. Həm maddi cəhətdən insanlar kor qoyulur hazırda, təhsil cəhətdən də oxuyan insanların təhsil almaq imkanları çox aşağı düşəcək”.

Digər ekspert Kamran Əsədov ixtisasdan imtinanı daha çox başqa səbəblərlə əlaqələndirir:

“Qəbul imtahanlarında keçid balını toplayıb, təyin olunmuş vaxtda ərizələrini təsdiq etməyən abituriyentlərin sayı ilbəil artıma doğru gedir. Burda bir məsələ var. Biz keçid balını toplayıb, ixtisas seçiminə buraxılan abituriyentləri tələbə hesab edə bilmərik. Çünki onların yüksək bal toplayıb-toplamaması ilə bağlı bir məlumatımız yoxdur. Əsas problem ondan ibarət olacaq ki, Abituriyent jurnalının növbəti sayında biz qəbul olunanların içərisində hətta yüksək balla qəbul ola bilməyib, çəkilən abituriyentləri də görəcəyik. Onlar keçid balını toplasalar da elektron ərizələrini seçim edib, təsdiq etmirlər. Ona görə etmirlər ki, birincisi, onlar dolayısı ilə beşinci qrupa da sənəd vermiş şəxslərdir. Onlar bilirlər ki, əvvəl sənəd verdikləri qrupda qəbul ola biləcəkləri ixtisaslar ya özəl üniversitetlərdir, ya da təhsil haqqı yüksək olan ixtisaslardır.

Kamran Əsədov : "Belələrinin sayı ilbəil artır...."
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00
Direct-ə keçid

Elektorn ərizələrini doldursalar belə təsdiq etmirlər ki, onların ödənişlərlə oxumağa maddi imkanları yoxdur. Və yaxud da burda bir məsələ də var ki, çox güman ki, qəbul olunduqları ixtisaslar o qədər də perspektivli ixtisaslar deyil. Ona görə də onlar imtahan nəticələri ilə xaricdə oxumağa üz tuta bilərlər. Ən böyük ehtimalla, onlar təhsillərini xaricdə davam etdirə bilərlər. Azərbaycanda perspektivsiz ixtisaslarda oxumağı istəmədiklərindən ərizələrini təsdiqləmirlər”.

XS
SM
MD
LG