Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:18

Almaniyanın daxili işlər naziri Tomas de Meyzer (Thomas de Maiziere) ölkədə törədilən son hücumlardan sonra yeni antiterror tədbirləri təklif edir.

Məlumatlara görə söhbət cinayətkarların daha tez deportasiyası və müşahidə kameralarının artırılmasından gedir.

Bundan başqa ictimai yerlərdə parancada gəzməkvə məsçidlərin radikal islamçılar tərəfindən maliyyələşdirilməsinin qadağan edilməsi nəzərdə tutulur.

Həmçinin ikili vətəndaşlığın qadağan edilməsi və tibbi informasiyaların məxfiliyinin sadələşdirilməsi barədə məlumatlar qızğın müzakirələr doğurub.

Tomas de Meyzer deyir ki, onun təklifi tezliklə ölkədə təhlükəsizliyin möhkəmlənməsinə səbəb ola bilər. O qeyd edib ki, digər məqamlar isə partiyalar tərəfindən müzakirə olunacaq və bizə koalisiyada konsensus gərəkdir.

Yerli KİV-lərin məlumatına görə, sosial-demokratlar, xristian-demokratlar və yaşıllar, qəti şəkildə ikili vətəndaşlığın ləğvinə qarşı çıxırlar.

Təhlükəsizlik problemi qarşıdan gələn seçkilər ərəfəsində ölkədə ciddi siyasi məsələyə çevirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG