Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:09

Nyu-York polisi Trumpun seçki qərargahının yerləşdiyi 58 mərtəbəli göydələnə dirmaşan şəxsi saxlayıb.İnsident 5-ci Avena küçəsində baş verib.

2 saatlıq prosesi yüzlərlə adam müşahidə eləyib.

“Trump qülləsi” adlanan bu göydələni, milyardçının developer şirkətlərindən biri tikib və hazırda onun seçki qərargahı orda yerləşir.

Adı çəkilməyən şəxs binaya dırmaşarkən, adətən sənaye alpinizmində istifadə olunan vakuumlu yapışqanlar və sığorta sistemindən istifadə edib.

Amma aydın görünür ki, o şüşə yimaq və ya nəsə görmək fikrində deyi. Sadəcə telekanalların canlı efirində qətiyyətlə yuxarı dırmaşır.

Polis onu saxlamaq üçün, bir neçə pəncərəni çıxarıb yuxarıda gözləsə də o marşurutu dəfələrlə dəyişib, amma sonda ələ keçib.

O, insidentdən əvvəl çəkilmiş videoda, qülləyə dırmaşaraq səs verəcəyi siyasətçi ilə görüşmək arzusunda olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG