Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:11

Los Anceles məhkəməsi sanitar-gigiyena xidmətinin keçmiş əməkdaşı Lonni Devid Franklini ölümıə məhkum edib.

63 yaşlı Franklin, son 30 ildə azı 10 qadının qətlində təqsirli bilinib.

İstintaqın gəldiyi qənaətə görə o, 1985-1988-ci illərdə 7 qadını güllələyib.

2002-2007-ci illkər arasında isə daha 2 qadın və 15 yaşlı qızı qətlə yetirib.

Onun daha bir şikarı Enietre Marcett isə təsadüfən qurtula bilib. Onun sözlərinə görə, Franklin onu zorladıqdan sonra güllələyərək yolda maşından atıb. Marcett məhkəmədə yeganə şaid olub.

“Mən düzgün hərəkət eləmək istəyirəm. Onu bağışlaya bilərəm, çünki o bunu mənə kin, qəzəpdən eləməyib. Bu bütün qadınlara qarşı nifrət olub.”

İstintaq onun daha 5 qətldə əli olması barədə sübutlar olduğunu bəyan edib. İttiham tərəfi hesab edir ki, qurbanların sayı ümumilikdə 25 nəfər ola bilər.

Franklinin qurbanları əsasən fahişələr və narkotik düşgünləri olduğundan, qətllər uzun müddət polisin diqqətini çəkə bilməyib. Çünki əksəriyyətinin kimliyini üzun müddət müəyyən etmək mümkün olmayıb.

Qatil məhkəmədə son söz deməkdən imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG