Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:57

Müsavatın şikayətləri Avropa Məhkəməsində


Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi

«Müsavat Partiyası üzvlərinin 2015-ci il parlament seçkilərində yol verilən pozuntularla bağlı 29 seçki dairəsi üzrə şikayət ərizələri Avropa İnsan Haqları Məhkəməsinin icraatındadır».

Bunu AzadlıqRadiosuna Müsavat Partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

Onun deməsinə görə, şikayətlər seçkidə bütün tərəflərin hüquqlarının bərabər qorunmaması və Müsavat Partiyasından olan müşahidəçilərə əlverişli şəraitinin yaradılmamasından bəhs edir.

G.Aslanlı qeyd edir ki, iki il bundan öncə Bakı Şəhər İcra Hakimiyyətinin Müsavat Partiyasının küçə yürüşünə icazə verməməsi barədə şikayətlərini də Avropa İnsan Hüquqları Məhkəməsi icraata götürüb.

Azərbaycanda son parlament seçkiləri ötən il noyabrın 1-də keçirilib. 124 dairədə keçirilən seçkilərin 70-dən çoxunda hakim Yeni Azərbaycan Partiyasının namizədlərinin qələbə qazandığı bildirilir. Həmin vaxt Demokratik Qüvvələrin Milli Şurası azad və ədalətli seçkilərə şərait olmadığını səbəb göstərərək parlament seçkilərini boykot etmişdi. Müsavat Partiyası isə seçkilərə qatılmışdı. Ancaq seçkiyə bir neçə gün qalmış Müsavat Partiyası da üzvilərinə namizədliklərini geri götürməyi tövsiyə edərək, boykot qərarına qoşulmuşdu. Partiyanın az saylı müşahidəçiləri seçkiləri izləmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG