Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:38

Putin Təhlükəsizlik Şurasının iclasını keçirib


Təhlükəsizlik Şurasının iclası

Təhlükəsizlik Şurasının iclası

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirərək Krımda əlavə təhlükəsizlik tədbirlərini müzakirə edib. Belə ki, Moskva ilhaq etdiyi yarımadada Kiyevi təxribat törətməyə çalışdığını deyir.

Kremlin saytında yerləşdirilmiş məlumata görə, avqustun 11-də keçirilmiş iclasda yarımadanın Ukrayna ilə quru və dəniz sərhədlərində təhlükəsizliyin gücləndirilməsi müzakirə olunub.

Ukrayna baş qərargah rəisinin sözçüsü Vladyslav Seleznyov isə avqustun 11-də deyib ki, ölkənin özünümüdafiəyə və Krım ətrafındakı durumu monitorinq etməyə hərbi resursu var.

Krımda Rusiyanın təhlükəsizlik agenti və bir əsgəri öldürüləndən sonra Vladimir Putin Ukrayna hökumətini terror cəhdində ittiham edib. Ukrayna prezidenti isə deyilənləri «fantaziya» adlandırıb.

Putin həmçinin, Ukrayna böhranı üzrə dördtərəfli danışıqları mənasız saydığını söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG