Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:04

Türkiyədə 27 min təhsil işçisi işdən çıxarılıb


Ankara bildirir ki, təhsil sektorunda çalışan 27 min 424 nəfərin iş iznini ləğv edib. Bu, 15 iyul uğursuz çevriliş cəhdindən sonrakı təhqiqat çərçivəsində aparılıb.

Təhsil naziri Ismet Yilmaz avqustun 11-də deyib ki, həmin işçilər “paralel strukturun” tərkib hissəsi olublar və “yenidən dövlət, yaxud özəl təhsil sektorunda çalışmalarına icazə verilməyəcək”.

Hökumət məmurları “paralel struktur” deyəndə ilahiyyatçı Fethullah Gulen-in dövlət müəssisələrindəki tərəfdarlarının şəbəkəsini nəzərdə tuturlar.

Gulen çevriliş cəhdində əli olmadığını deyir.

Həmin hadisədə 270-dən çox insan həlak olub.

Türkiyə Gulen-in hərəkatını “terror təşkilatı” sayır, ABŞ-dan onun ekstradisiyasını tələb edir. Vaşinqton isə bundan ötrü dəlil istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG