Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:02

Erdoğan-dan daha bir xəbərdarlıq


R.T.Erdoğan
R.T.Erdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdoğan və digər rəsmilər Birləşmiş Ştatlar və Avropa Birliyinə sərt xəbərdarlıq edib, onların ötən aykı çevriliş cəhdinə yetərincə reaksiya verməməklə ciddi səhv etdiyini bildirib.

Avqustun 10-a Ankaradakı Prezident Sarayının qarşısına toplaşan minlərlə insan Türkiyə bayraqlarını yelləyib. Erdoğan-sa bir daha Birləşmiş Ştatları Filadelfiya ştatında yaşayan ilahiyyatçı Fethullah Gülen-i ekstradisiya etməyə çağırıb. Türkiyə Gülen-i çevriliş cəhdinin arxasında durmaqda suçlayır. Gülen bunu danır.

«Gec-tez Birləşmiş Ştatlar seçim etməli olacaq. Ya Türkiyə, ya Gülen», - Erdoğan deyib.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu isə «Anadolu» dövlət agentliyinə deyib ki, AB Türkiyə siyasətini pisləməklə ciddi səhvlər edir.

Bir neçə gün öncə Erdoğan Sankt Peterburqda rusiyalı həmkarı Vladimir Putin-lə görüşüb.

Bəzi müşahidəçilərin fikrincə, Erdoğan Qərbə mesaj göndərməklə üstün mövqeyə çıxmaq, ölkəiçi siyasətiylə bağlı tənqidləri susdurmaq istəyir.

XS
SM
MD
LG