Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:30

Nicat Rəhimov dünya rekordunu yenilədi


Nicat Rəhimov
Nicat Rəhimov

Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov Rio Olimpiadasında təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək 1-ci yeri tutub.

APA-nın xəbərinə görə, N.Rəhimov 77 kq çəki dərəcəsində Olimpiya çempionu olub.

Toplamda 379 kq (105 kq + 130 kq) nəticə göstərən Nicat Rəhimov çinli Lyu Xiaojun-u və Misir atleti Mahomed Mahmoud-u geridə qoyub.

N.Rəhimov təkanla qaldırma hərəkətində rusiyalı Oleg Perepetchenov-un 2001-ci ildə vurduğu rekordu yeniləyib. N.Rəhimov 2014-cü ildən etibarən Qazaxıstan yığmasında çıxış edir.

Rio-de-Janeyroya Azərbaycanın adından isə 56 idmançı gedib. Onlardan bəziləri mübarizəni yarımçıq dayandırıb. İdmançıların bir çoxu legionerdir. Həmin 56 nəfərin arasında ağırlıqqaldıran yox idi. Dopinq qalmaqalına görə Azərbaycanın Rio-de-Janeyroya gedəcək 3 atletinin lisenziyası ləğv edilib.

Azərbaycan bu yarışlarda indiyə kimi yalnız bir gümüş medal qazanıb. Olimpiadanın cüdo yarışında Rüstəm Orucov (73 kq) yalnız finalda məğlub olaraq, gümüş medala sahib olmuşdu.

Braziliyanın Rio-de-Janeyro şəhərində avqustun 5-də XXXI Yay Olimpiya Oyunlarının açılışı olub. Yarışlar 17 gün davam edəcək.

XS
SM
MD
LG