Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:06

-

Rusiya Prezidenti Vladimir Putin Ukrayna hökumətini “terror” cəhdində ittiham edib. Bu ittihama səbəb Krımda Rusiyanın təhlükəsizlik agentinin və bir əsgərin öldürülməsidir. Ukrayna prezidenti isə deyilənləri “fantaziya” adlandırıb.

Putin avqustun 10-da Moskvada danışıb. Ondan öncə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bildirib ki, ölkənin təhlükəsizlik qüvvələrinin iki üzvü ay-ayrı insidentlərdə öldürülüb, onlar ukraynalıların Krıma təxribatçılar keçirmək cəhdinin qarşısını alıblar.

FSB-nin bildirməsinə görə, vacib infrastrukturu hədəfə alan “terror” hücumlarını Ukrayna Müdafiə Nazirliyinin müdafiə kəşfiyyatı xidməti hazırlayıb.

Ukrayna Prezidenti Petro Poroshenko Rusiyanın iddialarını “fantaziya”, Ukraynaya daha artıq hərbi təhlükə yaratmaqdan ötrü bəhanə adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG