Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 15:56

“Avropa Birliyi və NATO Türkiyənin əsas tərəfdaşları olaraq qalır”.

Bunu avqustun 10-da Türkiyənin Avropa Birliyindəki xüsusi elçisi Selim Yenel Reutersə müsahibəsində deyib.

Qeyd edək ki, səfir bunu Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması fonunda deyib.

O həmçinin qeyd edib ki, Ankara ilə Brüssel miqrant razılşaması ilə bağlı fikir ayrılıqlarını yoluna qoya bilərlər və Ankara Brüsselin istəyi ilə antiterror qanununu dəyişməyə hazırdır.

Səfir həmçinin bildirib ki, Ankara ölüm hökmünü bərpa etməyə bilər.

Qeyd edək ki, Avropa liderləri bundan əvvəl bildirmişdilər ki, buna görə Türkiyə ilə üzvlük danışıqları dayandırıla bilər.
Selim Yenel bildirib ki, Türkiyə 60 ildir ki, NATO-nun üzvüdür, həmçinin Avropa Birliyinə üzv olmağa çalışır.

Səfir qeyd edib ki, Krımın ilhaqına görə Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq eləməsinə baxmayaraq, bir sıra Avropa Birliyi ölkələrinin Rusiya ilə çox yaxşı əlaqələri var.

XS
SM
MD
LG