Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:44

"Ofşordan istifadə eləyən elə məmurların özləri deyil?!"


Panama Papers
Panama Papers

"Ofşor zonalara nəzarət məsələsinə gəlincə, sazişimiz olan ölkələrlə avtomatik olaraq məlumat mübadiləsi həyata keçiririk, bu da ümumi istiqaməti əhatə edir. Müqavilə bağladığımız ölkələr bizim ödəyicələrlə bağlı məlumat verməyə hazırdır". Bunu Vergilər nazirinin müavini İlkin Vəliyev bu gün nazirlikdə keçirilən mətbuat konfransında deyib.

Azərbaycan hökuməti ofşordakı pullara nəzarət eləmək istəyir. Ancaq bu mümkün olacaqmı? Ən müxtəlif səbəblərdən...

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycan hökumətinin təkbaşına ofşorlara axan pullara nəzarət funksiyasını yerinə yetirə bilməsi mümkünsüzdür. Ekspertin fikrincə bu həm də məntiqsizdir. Çünki ortada bir çox suallar açıq qalır:

Azerbaijan -- Expert Natig Jafarli, RFE/RL Baku bureau, 31Aug2012
Azerbaijan -- Expert Natig Jafarli, RFE/RL Baku bureau, 31Aug2012

“Ofşorlara hər hansı bir ölkənin birbaşa nəzarət etməsi və ofşorlarla bağlı hər hansı bir tədbir görməsi mümkün deyil. Sadəcə 2008-ci ildən üzübəri həm G20 zirvəsində, sonradan G8 və G7 zirvələrində bu məsələ müzakirə olundu. Belə qərara gəlindi ki, ümumi bir dünya birliyinin bununla bağlı bir mübarizəsi olsun. Çünki 2008-ci ildən məlum oldu ki, həm terrorizmlə mübarizə. Həm də narkotiklərin qeyri-qanuni dövriyyəsi məsələsində ofşorlar önə çıxmağa başladı.

Bütün bunların nəticəsi olaraq dünyada belə bir trend yarandı ki, ofşor zonalara bir nəzarət mexanizmi hazırlansın. Hər hansı bir ölkə bunu ayrı-ayrılıqda etmək qabiliyyətində deyil. ABŞ belə, təkbaşına bunu edə bilmir. Digər ölkələrlə birlikdə bir komissiya şəklində bunu görmək istəyir. Buna görə də Azərbaycanın ayrılıqda belə bir iş görməsi, belə bir nəzarət funksiyasını həyata keçirməsi mümkün deyil.

Həm də məntiqsizlik ondan ibarətdir ki, Azərbaycanda ofşorlarla bağlı problemlər gündəmə gəldikdə görürük ki, əsasən ofşorlardan istifadə edən yüksək çinli məmurlardır. İndi Azərbaycan kimə nəzarət edəcək? Məmurlar özləri özlərinə nəzarət edəcək? Bununla bağlı suallar kifayət qədərdir”.

ŞƏFFAFLIQ HARDA VAR Kİ...

İqtisadçı ekspert Azər Mehtiyev isə deyir ki, Azərbaycan ilk növbədə daxildə şəffalığı təmin etməlidir:

“Ofşor məsələsi bizim ölkəmiz üçün də çox önəmlidir. Xüsusilə böyük neft gəlirləri dövründə ölkədən vəsaitlərin müxtəlif yollarla vergidən yayındırılmasında ofşorlarda olan şirkətlər önəmli rol oynayıb. Özü də bu ən müxtəlif kanallarla ölkənin ən müxtəlif gəlirli şirkətləri bu istiqamətdə fəaliyyət göstərib. Və təqribən ölkədən bir neçə milyard dollara qədər vəsait bu formada kənara axıdılıb.

Azerbaijan -- Azer Mehtiyev, expert, Baku, 12Apr2012
Azerbaijan -- Azer Mehtiyev, expert, Baku, 12Apr2012

Bu məsələnin gündəmə gəlməsi, ən azından bu vəsaitin vergilər hissəsinin ölkəyə qaytarılması çox önəmlidir. Burda önəmli məsələlərdən biri yalnız vergidən yayınma deyil, ümumiyyətlə əmlakın qorunmasına etibarın artırılması baxımından, nə üçün insanlar bu qədər vəsaiti ofşora axıdırlar, bu sualın ətrafında düşünmək lazımdır.

Həm də Azərbaycan vəsaitinin xarici ölkələrə axıdılması və əmlak formasında xarici ölkələrdə qalması məsələsi burda gündəmdədir. Təbii ki, bu məsələnin gündəmə gətirilməsi ola bilsin ki, vergi artımlarına şərait yaratsın. Ancaq məsələnin kökü yalnız vergidən yayınma deyil, biz daha ciddi problemlərlə üz-üzəyik. Azərbaycanın özündə indiyə qədər ölkə daxilində fəaliyyət göstərən şirkətlərlə bağlı bütün məlumatlar və yaxud onların vergiyə cəlb olunması təmin olunubmu?

Vergi qanunvericiliyi ilə bağlı sənəddə diqqət çəkən məqam odur ki, hökumət daha çox xaricdə olan təcrübələrə diqqət yönəldir. Ölkənin özünün vergi sahəsindəki, əmlakın idarə edilməsindəki problemləri diqqətdən yayındırmaq olmaz. Məsələn, bu gün Azərbaycanda müəssisənin təsisçilərinin qanunvericiliklə açıqlanması qadağan olunursa, bu özü ölkə daxilində bu və ya digər formada mülkiyyətin kimə məxsusluğunun gizli saxlanmasına gətirib çıxaran və vergidən yayınma üçün mühit formalaşdıran bir elementdir”.

NƏ QƏDƏR Kİ, MƏMUR BİZNESDƏN AYRILMAYIB

İqtisadçı ekspert Nazim Bəydəmirli vəsaitlərin ofşorlara və digər ölkələrə axıdılmasının obyektiv və subyektiv səbəblərinə toxunub. Ekspert həmçinin bildirib ki, ölkədən kapital axını həm də manatın məzənnəsinə əsas təzyiqlərdən biridir.

Nazim Bəydəmirli: "Məmur biznesi..."
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00
Direct-ə keçid


“Ofşorlar həmişə cəlbedici olub. Və istənilən ölkənin biznes adamları vergi və gömrük güzəştləri olan, vergi nəzarəti olmayan ölkələrdə, ofşor zonalarda şirkət qururlar. Bunun obyektiv səbəbləri var. Müxtəlif güzəştlər və vergidən yayınma. Təbii ki, bir də subyektiv səbəbləri var. Deyək ki, biznes dözümsüzlüyü yüksəkdir, hansı ölkədə ki, inhisarçılıq, məmur özbaşınalığı, məmur təzyiqi var, ofşorlara getmək istəməyənlər belə, siyasi mövqeyindən istifadə edib korrupsiyaya uğramış vəsaitləri ölkədən çıxardanlarla yanaşı digər adi iş adamları da bu cür subyektiv səbəblərdən kapitalını ölkədən çıxarmağa meylli olurlar.

Ofşorlara getməyi ləğv etməyin yolu biznes mühitini normallaşdırmaq, vergi və gömrük islahatları və fizikal siyasət həyata keçirən qurumları bu və ya digər formada azaltmaqdan keçir. 2012-ci ildən bəri ofşorlara üz tutma daha da sürətlənib. Bu sürətlənmənin səbəblərindən biri də 2012-ci ildə metal istehsalçılarına qarşı cəngəllik qanunları ilə hücumların təşkil edilməsi oldu. Məlum oldu ki, hüquq mühafizə orqanları bunun qarşısını almaq əvəzinə bu işi həyata keçirən şirkətin əlində bir alətə çevrilib. O siqnallar onda başladı.

2012-ci ildən Azərbaycanın beynəlxalq reytinq göstəricilərdə biznes dözümsüzlüyü daha yüksək həddə çatdı. Bunu görən həm xarici, həm yerli şirkətlər bu hadisələrdən sonra bizneslərini Gürcüstan kimi, Türkiyə kimi daha iqtisadi nöqteyi nəzərdən daha stabil, daha vergi yükü az olan ölkələrə köçürməyə başladılar. Və bu proses hələ də davam edir. Ötən il MTN olaylarından sonra bu daha da sürətlənib.

Azərbaycanda oliqarx məmurun vurulması ilə bağlı hadisələr baş verdi. Azərbaycanda biznes dedikdə ancaq məmurlara bağlı, yüksək çinli bürokratlarla bağlı şirkətlər nəzərdə tutulur. Jurnalist araşdırmaları da bunu üzə çıxarıb. Nə vaxta qədər ki, məmur biznesdən ayrılmayıb, nə vaxta qədər ki, məmur öz dövlət vəzifəsindən yaxın qohumlarına, ailə üzvlərinə, şərik olduğu sahibkarlara dəstək ifadə edəcəksə bir o qədər də Azərbaycandan vəsait axacaq”.

XS
SM
MD
LG