Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:12

-

İyulda Bakıda 30 əsas ərzaq növündən ibarət istehlak səbətinin qiymətinin azı 1,4 faiz bahalaşdığı bildirilir.

Turan xəbər verir ki, 3 ay davam edən azalmadan sonra qiymətlər yenidən artmaqdadır.

Həmin məhsulların qiymətində iyunda 1,4, mayda 2,8, apreldə 2,8 faiz azalma olduğu qeyd edilirdi. Ucuzlaşmanın mövsümü olduğu bildirilirdi.

Xəbərdə qeyd edilir ki, qiymət artımına idxaldan asılı məhsullar təsir edib. Mal əti 6,6, qoyun əti 6,2, toyuq içalatı 3,3, qarğıdalı yağı 6,7, yumurta 30, qarabaşaq 4,3, ciyər 5 faiz bahalaşıb.

Qənd, kərə yağı, düyü və makaronun qiymətində də bahalaşma olduğu qeyd edilir.

Araşdırmaya görə, yalnız mövsümi məhsullarda - soğan, xiyar, pomidor və kələmin qiymətində cüzi ucuzlaşma baş verib.

Turan-ın ekspertlərinə görə, mövsümi məhsulların azalması və devalvasiya ilə bağlı qiymətlərin daha da artması gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG