Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:00

-

Azərbaycanda Mi-8/17 ailəsindən olan helikopterlərin təmiri üzrə “Rusiya helikopterləri” mərkəzi açılacaq.

Turan-ın xəbərinə görə, bu haqda , Mi-8-in helikopterlərə xidmət üzrə holdinqin baş direktorunun müavini İqor Çeçikov bildirib.

Sazişin Bakıda bu il sentyabr ayının sonunda keçiriləcək "ADEX 2016" 2-ci Beynəlxalq Müdafiə sərgisi çərçivəsində imzalanacağı gözlənir.

“Servis mərkəzi "Silk Way Helicopter Services" müəssisəsinin bazasında fəaliyyət göstərəcək. Hazırda bu mərkəzin hərbi təyinatlı helikopterlərin əsaslı təmiri və texniki xidmət üzrə genişləndirilməsi məsələsi müzakirə edilir”, deyə Çeçikov bildirib.

Avqustun 8-də Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirmışdi ki, Bakıda təyyarələrin yığılması üzrə zavod və helikopter texnikasının müasirləşdirilməsi mərkəzi açılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG