Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:44

Yazıçı Əlisa Nicatın 80 yaşı tamam olub


Əlisa Nicatın 80 illiyinə həsr olunmuş kitab.

Əlisa Nicatın 80 illiyinə həsr olunmuş kitab.

-

Bu gün yazıçı, filosof, tərcüməçi Əlisa Nicatın 80 yaşı tamam olur. O 1936-cı ilin bu günündə doğlub. Əlisa Nicatın indiyə qədər çap olunmuş 40-dan çox kitabı arasında, şeir kitabları, tarixi romanları, fəlsəfi məqalələr topluları var. Həmçinin o bir çox xarici əsəri dilimizə çevrilib.

Bu gün həm də yazıçı, filosof Əlisa Nicatın 80 illiyinə həsr olunmuş kitab çap olunub. Kitabda Əlisa Nicatın həyatı, yaradıcılığı haqqında geniş məlumat verilib, 80 illiyi ilə bağlı iki xüsusi müsahibə yayımlanıb, eləcə də Azərbaycan tanınmış simalarının onun haqqında yazıları toplanıb. Professor Qulu Məhərrəmlinin, Bəhmən Sultanlının və digərlərinin yazılarında Əlisa Nicat yaradıcılığı şərh edilib.

Kitabda həmçinin Əlisa Nicatın son yazılarına, fikirlərinə yer verilib.

Kitabın tərtibçisi və redaktoru Dilqəm Əhməddir.

Günün bütün mövzuları

XS
SM
MD
LG