Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 22:53

Erdogan Ukrayna münaqişəsində Rusiyanın tərəfini saxladı ?


Recep Tayyip Erdogan və Vladimir Putin

Recep Tayyip Erdogan və Vladimir Putin

Rusiya və Türkiyə prezidentləri ötən ilin noyabrından sonra pozulmuş münasibətlərin tezliklə bərpa ediləcəyini vətəkmilləşdirilərək yeni həddə qaldırılacağını bəyan ediblər.

Prezidentlər belə bir bəyanatla avqustun 9-da Sankt-Peterburqda keçirdikləri 3 saatlıq görüşdən sonra çıxış ediblər.

Rusiya prezidenti Vladimir Putin görüş zamanı bir sıra planlar barədə razılıq əldə olunduğunu deyib: “2016-2019-cu illərdə iqtisadi, ticarət, texniki və mədəniyyət sahələrində orta müddətli əməkdaşlıq proqramı hazırlanması da daxil olmaqla dövlət səviyyəsində bir sıra planlar barədə razılıq əldə elədik. Proqramın tezliklə qəbuluna ümidlə yanaşıram” deyə Putin vurğulayıb.

Putin həmçinin 15 iyul uğursuz qiyam cəhdində bir daha Erdoğana dəstək bildirib.

Reutersin məlumatına görə, Erdogansa ölkəsinin Rusiyanın Ukraynanın Şərqi və Krımla bağlı bütün iddialarını dəstəklədiyini bildirib. Amma bu məlumat hələ ki. başqa mənbələr tərəfindən təsdiqlənməyib. O, həmçinin səmimi qəbula görə Rusiya rəhbərliyinə təşəkkür bildirib.

Qeyd edək ki, bu , Türkiyə ötən ilin noyabrında Suriya sərhədi yaxınlığında Rusiya təyyarəsini vurduqdan sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşmişdi.

Rusiya bundan sonra Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq elədi və onunla birgə layihələrdən çıxdı.

Erdogan həmin vaxt həlak olan poliotun ailəsindən üzr istədikdən sonra münasibətlər istiləşməyə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG