Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:13

Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trump rəqibi Hillary Clinton barədə bəyanatına aydınlıq gətirməli olub.

Trumpun əlehdarları bunu zorakılığa çağırış kimi dəyərləndiriblər.

O Şimali Karolinada seçiciləri qarşısında çıxış edərkən bildirib ki, Clinton amerikalıların silah gəzdirməsinə icazə verən ikinci düzəlişi konstitusiyadan çıxarmaq istəyir.

Trump qeyd edib ki, Hillary Clinton prezident kimi Ali Məhkəmənin üzvlərini təyin edə bilər və onda xalq heç nə edə bilməyəcək, amma iknci düzəlişin tərəfdarları onun qarşısını ala bilər.

Trumpun bu bəyanatı mənfi reaksiya doğurub və çoxları bunu zorakılığa çağırış kimi qiymətləndirib.

Trump isə onun dediklərinin mətbuatda düzgün yozulmadığını bildirib və qeyd edib ki, o bununla yalnız silah tərəfdarlarını seçkidə fəallıq göstərməyəçağırıb.

Clinton isə çıxışlarında dəfələrlə bildirib ki, yalnız silah üzərində daha kəskin nəzarət sisteminin tərəfdarıdır.

ABŞ-da növbəti prezident seçkisi noyabrın 8-də küçiriləcək.

Prezidentlik uğrunda Donald Trumla demokratların namizədi Hillary Clinton mübarizə aparacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG