Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:03

Rio-de Janeyroda naməlum adamlar jurnalistləri aparan avtobusu atəşə tutublar.

Jurnalistlər iki atəş səsi eşitdiklərini və pəncərənin sındığını deyirlər.

“Sürətlə gedirdik, birdən bərk səs eşitdik və bizi atəşə tutdular. Nəticədə pəncərələrdən ikisi sındı, güllə gördük. Artıq burda qalmaq istəmir, sadəcə evə dönmək istəyirəm”, Kaan Korkmaz adlı türkiyəli volontyor deyir.

ABŞ hərbi-hava qüvvələrinin istefada olan kapitanı, basketbol oyunlarını işıqlandıran Şerril Mayklson isə gördüklərini belə təsvir edir: “Mən odlu silah eksperti deyiləm. Amma atəş səsini bilirəm və təcrübəmə əsasən deyə bilərəm ki, bu kiçik kalibirli silah idi”.

Rio-2016 Təşkilat Komitəsinin nümayəndəsi Mario Andrade “The Guardian” qəzetinə, 3 jurnalistin şüşə qəlpələrindən yüngül xəsarət aldıqlarını deyib.

Onun sözlərinə görə, polis hələ ki, avtobusun atəşə tutulduğunu təsdqiləyə bilmir və bu daş da ola bilər.

İstintaq gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG