Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:26

-

Türkiyənin cənub-şərqində partlayışda 3 türk əsgər öldürülüb, 10-u yaralanıb.

Partlayış avqustun 10-da Türkiyənin İraqla sərhədində, Uludərənin Şırnak vilayətində baş verib.

Təhlükəsizlik məmurlarının deməsinə görə, zirehli maşın keçərkən yol kənarına qoyulmuş əldəqayırma bomba partladılıb.

İlkin məlumatlarda beş əsgərin öldüyü, səkkiz nəfərin yaralandığı bildirilirdi.

Rəsmilər hücumu PKK yaraqlılarının törətdiyini deyir.

PKK-nı Türkiyə, Avropa Birliyi və ABŞ terrorçu təşkilat kimi tanıyıb.

Ötən il PKK 2 ildən artıq qüvvədə olmuş atəşkəs sazişindən çıxıb. Bundan sonra Türkiyənin cənub-şərqində son 20 ilin ən ağır zorakılıqları baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG