Avqustun 10-da Rusiya prezidenti Vladimir Putin Moskvada ermənistanlı həmkarı Serzh Sarkisian-la görüşəcək, Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.
İki gün öncə Putin Bakıda prezident İlham Əliyev və iranlı həmkarı Hassan Rouhani ilə ATƏT-in münaqişəyə dair sülh planını müzakirə edib.
Avqustun 9-da isə Sankt-Peterburqda Türkiyə prezidenti Recep Tayyip Erdoğan-la görüş keçirilib. Türkiyə Azərbaycanın müttəfiqidir.
ATƏT-in sülh planı Ermənistanın Dağlıq Qarabağa bitişik ərazini Azərbaycana verməsini, rəsmi Bakının isə Dağlıq Qarabağın statusu üzrə güzəştə getməsini nəzərdə tutur.
Əliyev avqustun 8-də Bakıdakı görüşdə Putin-ə deyib ki, status-kvo qəbuledilməzdir və Azərbaycanın işğal olunmuş əraziləri qaytarılmalıdır.
Ermənistanda siyasi müxalifət Azərbaycana hər hansı ərazinin qaytarılmasına qarşı çıxır.
Ermənistanın dəstəklədiyi separatçılar 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ və ətraf rayonları işğal edib. Müharibədə 30 min nəfər həlak olub.
Bu il aprelin əvvəlindəki toqquşmalarda isə hər iki tərəf xeyli itki verib.