Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:27

-

Tennis üzrə Olimpiya çempionu Serena Williams Rio olimpiadasında ukraynalı idmançı Elina Svitolina-ya uduzub. Bu məğlubiyyət onu beşinci qızıl medaldan məhrum edib.

21 yaşlı Svitolina yarımfinalda Wimbledon çempionu Petra Kvitova ilə üz-üzə gələcək.

Williams-ın qələbəsini çoxsaylı səhvləri, çiynindən aldığı zədə əngəlləyib, bir məqamda ağrıdan qışqırıb.

“Əlbəttə, çox məyusam. Daha yaxşı oyunçu qazandı, amma mən gələn dəfəni gözləyə bilmərəm”, 34 yaşlı Williams deyib.

Qadın tennisi üzrə 20-ci yerdə duran Svitolina deyib ki, qələbə çalacağını gözləmirmiş “Onun səhv edəcəyi ağlıma gəlmirdi. Çalışırdım ki, Olimpiya çempionu Serenayla oynadığım barədə düşünməyim”.

Williams-dan öncə kişilər arasında birinci, Serbiyadan olan Novak Djokovic sarsıdıcı məğlubiyyətə uğramışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG