Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:21

-

Rusiya Prezidenti Vladimir Putin və Britaniyanın Baş naziri Theresa May “yaxın gələcəkdə” görüşməyə, Moskvayla Londonun pisləşmiş münasibətlərini yaxşılaşdırmağa çalışmağa razılaşıblar. Məlumatı Kreml yayıb.

Rusiya-Britaniya əlaqələri Ukrayna və Suriya böhranları üzündən pisləşib. London həmçinin ölkənin hava məkanı yaxınlığında Rusiya bombardmançılarının uçuşlarının sayının kəskin artdığını bildirir.

Məlumata görə, liderlər avqustun 9-da telefon söhbəti edib, gələn il Çində Böyük 20-liyin sammiti zamanı görüşmək barədə razılıq əldə ediblər. Hər ikisi münasibətlərin pisləşməsindən “narazılıq” ifadə ediblər, Kreml deyir.

May-in sözçüsünün bildirdiyinə görə, liderlər belə bir mövqeyi paylaşıblar ki, Britaniya və Rusiya terrorçuluğun yaratdığı vahid təhlükəylə üz-üzədir, aviasiya təhlükəsizliyinə dair əməkdaşlıq antiterror səylərinin ayrılmaz hissəsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG