Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:31

►Şirkət Rusiya maliyyə bazarına girməyə hazırlaşır

Rusiyanın mikromaliyyə bazarı inkişaf üçün əhəmiyyətli irəliləmə əldə edə bilər.

"Kommersant" qəzeti yazır ki, çinli internet nəhəngi Alibaba avqustun 8-də öz planları haqqında danışarkən Rusiyada partnyor axtarışına çıxdığını qeyd edib.

Mikrokredit girov qoymağa mülkü olmayan, kasıb insanlara verilən kiçik həcmdə maliyyə kreditləridir.

Onun mahiyyəti təkcə sahibkarlığa dəstək və kasıbçılığın aradan qaldırılması deyil, o həm də bəzi cəmiyyətlərdə qadınların vəziyyətini yaxşılaşdırmağa və cəmiyyətin ümumi güzaranının yaxşılaşdırılmasına xidmət edir.

Alibabanın 18,6 milyard məbləğində nağd pulu var. Ancaq belə bir böyük bazara hər kəs xidmət göstərə bilməz, bunun üçün Rusiyadakı iqtisadi vəziyyəti dərindən bilmək lazımdır.

Çin xarici biznes birliyi idarəsi Alibaba qrupunun rəhbəri Jia Han, şirkətinin Rusiya mikromaliyyə bazarına girmək planını açıqlayıb. O, şirkətinin hazırda rusiyalı partnyor axtarışında olduğunu deyib.

Özü də şirkət təkcə mikro kreditlərdə yox, faizli borc və başqa maliyyə xidmətləri də göstərmək istəyir.

Rusiya bankları ilə danışıqlar hələlik bir nəticə verməyib. Rusiyanın Ev Krediti bankının sədr müavini Artem Aleshkin danışıqların davam etdiyini bildirib. O banklarını yerli partnyorluğa ən potensial namizəd hesab edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG