Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 12:50

-

Jurnalist Aynur Elgünəş barəsində başladılan vergi yoxlaması başa çatıb.

Bakı Vergilər Departamenti jurnalistin vergidən yayınmadığı qənaətinə gəlib.

Bu haqda A.Elgünəşin özü xəbər verib.

Jurnalistin bildirdiyinə görə, vergi qurumu bununla bağlı onu məlumatlandırıb. Onun 2012-15-ci illər üzrə gəlirləri araşdırılıb.

A.Elgünəşin ölkə xaricindən fəaliyyət göstərən Meydan TV ilə əməkdaşlıq etdiyindən vergi yoxlamasına cəlb olunduğu bildirilirdi. Onun vergidən yayınmasından şübhələnirdilər. Jurnalist elə əvvəldən bütün hüquqi vəzifə və öhdəliklərinə zamanında əməl etdiyini deyirdi.

A.Elgünəşə ötən ilin oktyabrında vergi yoxlaması təyin edilmişdi. Vergi qurumu yoxlamanı Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin Kriminalistika şöbəsinin rəhbəri Pərviz İbayevin təqdimatı ilə əsaslandırmışdı.

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə dəvət olunan jurnalist bütün zəruri sənədləri vergi qurumuna təqdim etmişdi.

A. Elgünəşin ölkədən çıxışına də “stop” qoyulub. Jurnalistin ölkədən çıxış hüququna qoyulan məhdudiyyət Meydan TV-nin vəzifəli şəxslərinə cinayət işi başlanması ilə əsaslandırılıb.

Aynur Elgünəş vergi yoxlaması zamanı hər hansı qanun pozuntusunun aşkarlanmaması səbəbəndən, tezliklə ölkədən çıxışına qoyulan yasağın da qaldırılacağınıa ümid edir.

Meydan TV ilə əməkdaşlıq edən daha bir neçə jurnalistin ölkədən çıxışı yasaqlanıb.

Meydan TV müstəqil onlayn televiziyasıdır, 2013-cü ildən fəaliyyət göstərir. 2014-cü ildə bu televiziyanın Bakı ofisi bağlanıb

Günün bütün mövzuları

XS
SM
MD
LG