Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:38

“Bakı” mehmanxanası ətrafına narazılıq səngimir


"Bakı" mehmanxanası sovet dövründə

"Bakı" mehmanxanası sovet dövründə

-

“Bakı” mehmanxanasının səhmlərinin hərracının qanuniliyi məhkəmə müstəvisinə çıxıb.

Konstitusiya Məhkəməsi səhm hərracını qanunsuz hesab edən məhkəmə qərarlarını ləğv edib. Qərarın mətnini Konstitusiya Məhkəməsi avqustun 9-da açıqlayıb.

Xəbərdə bildirilir ki, “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti birinci instansiya məhkəməsinə müraciət edərək “Baki” Mehmanxanasının səhmlərinin satıldığı hərracın qanunsuz hesab edilməsi barədə iddia qaldırıb.

Cavabdehlər Səbail Rayon İcra Şöbəsi, “Bakı Fond Birjası”, 853036 səhmin sahibi R.Kərimov olub. Üçüncü şəxs qismində isə yalnız Milli Depozit Mərkəzi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi prosesə cəlb edilib.

Rayon məhkəməsi iddianı rədd edib. Ancaq Bakı Apellyasiya Məhkəməsi, ardınca da Ali Məhkəmə iddiaçının xeyrinə qərar çıxararaq səhmlərin satışının qanunsuz olduğu qənaətinə gəlib.

Bu qərarlardan sonra üçüncü tərəf olduğunu iddia edən, “Bakı”nın səhmlərinin bir hissəsini alan Hüseyn Marayev Konstitusiya Məhkəməsinə müraciət edərək məhkəməyə cəlb edilməməklə hüquqlarının pozulduğunu bildirib. O, Ali Məhkəmənin qərarının ləğv edilməsini tələb edib.

Konstitusiya Məhkəməsi tələbi təmin edib. Məhkəmənin qərarına görə, apelyasiya və kassasiya instansiyaları qərar verərkən mülkiyyət hüququnun pozuntusuna yol verib.

Mülki-prosessual qanunvericiliyə uyğun olaraq, Bakı mehmanxanasının səhmlərinin satıldığı hərracın qanuniliyi yenidən araşdırılmalıdır.

“Bakı ” Mehmanxanası Açıq Səhmdar Cəmiyyətinin S.Vurğun bağı ilə üzbəüz binası 2013-cü ildə Bakı şəhər İcra Hakimiyyətinin qərarı ilə sökülüb.

Bir neçə il əvvəl ölkə mətbuatı yazılırdı ki, “Bakı”nın səhmlərinin bir hissəsini alan Hüseyn Marayev Çeçenistan rəhbərliyinə yaxın iş adamlarındandır.

Sökülən mehmanxananın yeri də məhz ona satılıb.

Həmin vaxt səhmdarlar mehmanxananın yeni rəhbərliyindən də şikayətlənirdilər.

3 il əvvəl sökülən və hələ də, mübahisəsi davam edən mehmanxananın əvvəllər başqa sahiblərinin də olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG