Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:03

Naqasakiyə atom bombası atılmasının 71-ci il dönümü anılır


 Shinzo Abe

Shinzo Abe

Avqustun 9-da Naqasakidə, adaya atom bombası atılmasının 71-ci il dönümü ilə bağlı anım mərasimi keçirilib.

Mərasimdə baş nazir Sindzo Abe də iştirak edib.

“Müharibə dövründə atom zərbəsinə məruz qalmış yeganə ölkənin nümayəndəsi kimi, nüvə silahının yayılmaması ilə bağlı mövqein qorunması və möhkəmlənməsini vacib sayıram”.

ABŞ 1945-ci il avqustun 6-da Xirosimaya, 3 gün sonra isə Naqasakiyə atom bombası atıb.

Nəticədə 10 minlərlə insan yerindəcə, sonradan isə

Şüalanma nəticəsində 200 mindən çox adam həlak olub.

Barack Obama bu ilin martında Xirosimaya baş çəkən iilk ABŞ prezidenti oldu.

Naqasaki bələdiyyə assambleyasının rəhbəri Masanao Maiquma digər dünya liderlərini bundan nümunə götürməyə çağırıb.

“ Bütün dünya liderlərininin atom zərbəsinə məruz qalmış ərazilərə baş çəkməsi və bu hadisələr barədə həqiqəti deməsi üçün yeni məsuliyyət hissi ilə bütün səyləri davam etdirəcəm”.

ABŞ hesab edir ki, atom zərbələri həmin vaxt Sakit okeanda müharibənin bitməsini tezləşdirdi.

Amma bir çox tarixçilər bunla razılaşmır.

Yaponiya deyir ki,şəhərlərə atom bombası atılmasına heç cür haqq qazandırıla bilməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG