Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:42

-

Respublikaçılardan 50 milli təhlükəsizlik məmuru bildirir ki, partiyadan prezidentliyə namizəd Donald Trump-da “prezidentliyə gərəkən xarakter, dəyərlər və təcrübə yoxdur”. Onlar avqustun 8-də “The New York Times” qəzetində dərc olunmuş bəyanatda yazırlar ki, Trump-ın “təhlükəli prezident olacağına, ölkənin milli təhlükəsizliyini və rifahını riskə atacağına inanırlar”.

Bu qrupa keçmiş daxili təhlükəsizlik rəhbərləri, kəşfiyyat direktorları, prezident müşavirləri daxildir.

Onlar demokratların namizədi Hillary Clinton-a səs verəcəklərini də demirlər, onunla bağlı “şübhələri” olduğunu vurğulayırlar. Amma aydın şəkildə bildirirlər ki, “heç birimiz Donald Trump-a səs verməyəcəyik”.

“O, həqiqəti yalandan ayıra bilmir, yaxud ayırmaq istəmir”, yazan qrup qeyd edir ki, Trump-ı prezidentliyə uyğunsuz edən bir sıra “təhlükəli keyfiyyətləri var”.


Günün bütün mövzuları

XS
SM
MD
LG