Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:21

George W.Bush administrasiyasının rəsmisi Clinton-u dəstəkləyəcək


D.Trump və H.Clinton

D.Trump və H.Clinton

Keçmiş respublikaçı prezident George W.Bush-un administrasiyasının keçmiş üzvü Clinton-la Trump-ın prezidentlik yarışında Demokratlar Partiyasının namizədini dəstəkləyəcəyini elan edib.

«The Washington Post»la «ABC News»un birgə rəy sorğusunun nəticələrinə görə, Hillary Clinton respublikaçı rəqibindən 8 xal öndədir. Sorğu seçicilərin hər iki namizədi riyakar saydığını da üzə çıxarıb.

«ŞƏXSƏN MƏN…»

Sabiq prezident George W.Bush-un keçmiş köməkçisi Lezlee Westine seçkilərdə Hillary Clinton-un namizədliyini dəstəkləyəcəyini söyləyib.

Bush administrasiyası zamanında Ağ Evin ictimai əlaqələr şöbəsində çalışan və prezident köməkçisinin müavini olan Westine Clinton-u dəstəkləyəcəyini ictimailəşdirən respublikaçılardan biridir:

«Dövlətimizin üzləşdiyi sınaqlar qətiyyətli və təcrübəli rəhbərlik istəyir. Ona görə də bu gün şəxsən mən Hillary Clinton-u dəstəkləyirəm.Onun iqtisadiyyatı inkişaf etdirmək, iş yerləri açmaq və Amerikanı daxildə və xaricdə qorumaq təcrübəsi var. O, Amerika dəyərlərinə sadiqdir».

Westine Trump-ı nədən dəstəkləmədiyini açıqlamayıb.

Westine-dan daha öncə də biznes və siyasət sahəsində çalışan bir çox respublikaçı Clinton-u dəstəklədiyini elan etmişdi.

Buna da bax - Trump: Obama bəlkə də ən pis ABŞ prezidentidir

«TRUMP-IN XASİYYƏT VƏ DAVRANIŞI…»

Ötən bazar günü Reagan administrasiyası dönəminin siyasi direktoru Frank Lavin CNN-ə respublikaçı namizəd Donald Trump-ı dəstəkləməyəcəyini, Clinton-a səs verəcəyini bildirib:

«Trump-ın xasiyyət və davranışıprezident çalışmağa yetərli deyil. Bu qüsur onun prezident kimi uğursuz olacağını göstərir».

İstər respublikaçı, istərsə demokrat administrasiyalarında CIA-nin (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin – red.) direktoru çalışmış Michael Morell isə Clinton-u dəstəklərkən, Trump-ı tənqid atəşinə tutmağı da unutmayıb.

Clinton-a dəstək verənlər arasında Nyu Cersi ştatının qubernatoru, özü Trump-ı dəstəkləyən Chris Christie-nin keçmiş sözçüsü Maria Comella və Jeb Bush-un keçmiş məsləhətçisi Sally Bradshaw da var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG