Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:10

Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarının dördüncü günündə boks üzrə Azərbaycan yığmasının üç üzvü mübarizəyə qoşulacaq.

AZƏRTAC xəbər verir ki, ilk olaraq rinqə Kamran Şahsuvarlı çıxacaq. 75 kq çəki dərəcəsində mübarizə aparan K.Şahsuvarlı mübarizəyə 1/16 final mərhələsindən başlayacaq.

Daha sonra Albert Səlimov yarışlara qatılacaq. 60 kq-da çıxış edən dəri əlcək ustası Olimpiadaya 1/8 finaldan başlayacaq.

Azərbaycanlı bokssevərlər günə Məhəmmədrəsul Məcidovun döyüşü ilə yekun vuracaqlar. Superağır çəkidə (+91 kq) mübarizə aparan M.Məcidov da ilk olaraq 1/16 finalda çıxış edəcək.

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının 3-cü günündə Azərbaycan ilk medalını qazanıb.

Olimpiadanın cüdo yarışında Azərbaycanı təmsil edən Rüstəm Orucov (73 kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib olub.

Braziliyanın Rio-de-Janeyro şəhərində avqustun 5-də XXXI Yay Olimpiya Oyunlarının açılışı olub. Yarışlar 17 gün davam edəcək

Rio-de-Janeyroya Azərbaycandan 56 idmançı gedib. Onlardan bəziləri mübarizəni yarımçıq dayandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG