Keçid linkləri

2016, 02 Oktyabr, bazar, Bakı vaxtı 02:18

Putinlə Erdogan görüşəcək


Recep Tayyip Erdogan (solda) və Vladimir Putin, kombo fotosu

Recep Tayyip Erdogan (solda) və Vladimir Putin, kombo fotosu

-

Avqustun 9-da Türkiyə Prezidenti Recep Tayyip Erdogan rusiyalı həmkarı Vladimir Putin-lə görüşəcək. Məqsəd bir müddət gərgin qalmış münasibətləri canlandırmaqdır.

Görüş Sankt Peterburqda keçiriləcək.

Görüşdən öncə Erdogan deyib ki, o, Rusiyayla münasibətləri təmiz səhifədən başlamaq, bir sıra sektorlarda əməkdaşlığa yenidən təkan vermək istəyir.

“Rusiya-Türkiyə əlaqələrində yeni səhifə açılacaq. Bu yeni səhifəyə hərbi, iqtisadi və mədəni əməkdaşlıq daxil olacaq”, Erdogan TASS agentliyinə deyib.

Ötən noyabrda Türkiyənin Suriyayla sərhədində Rusiya təyyarəsi vurulandan sonra əlaqələr pisləşib. Rusiyaya Türkiyəyə ticarət sanksiyaları qoyub, bu ilin birinci yarısında Türkiyəyə səfər edən rusiyalı turistlərin sayı 87 faiz azalıb.

Sankt Peterburq görüşü isə Ankaranın Türkiyədə çevriliş cəhdindən sonra Qərblə münasibətlərinin gərginləşdiyi bir məqama təsadüf edir. Türkiyə Qərbi çevrilişin özündən artıq, ondan sonrakı tədbirlərdən daha çox narahat olmaqda suçlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG