Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:15

Dağıstandakı partlayışda ölənlərin sayı 5-ə çatıb


Hadisə yeri, 1 avqust, 2016-cı il

Hadisə yeri, 1 avqust, 2016-cı il

-

Rusiyanın Şimali Qafqaz bölgəsində yerləşən Dağıstanda təbii qaz partlayışında ölənlərin sayı 5-ə çatıb. Məlumatı səhiyyə rəsmiləri yayıb.

Avqustun 1-də Dağıstanın paytaxtı Mahaçqalada restoranda baş verən partlayış böyük narahatlıq yaratmışdı. Belə ki, qonşu Çeçenistandan alovlanan zorakılıq dalğası keçmişdə bütün şəhəri, vilayəti çalxalayıb.

Ancaq rəsmilər partlayışın səbəbi kimi terrorçuluğu istisna edib. Hadisədə 28 nəfər xəsarət almışdı. Yaralılardan ikisi Mahaçqalada xəstəxanada, daha iki qadın isə ötən həftəsonu Moskvada klinikada dünyasını dəyişib. Partlayışın ilk qurbanı olan 15 yaşlı qız avqustun 5-də vəfat etmişdi.

Səhiyyə Nazirliyinin məlumatına görə, daha 14 yaralı xəstəxanadadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG