Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 19:21

ABŞ-ın Pensilvaniya ştatında orta məktəbə gedərkən adını və yaşını gizlətmiş ukraynalı özünə qarşı ittihamları qəbul edib.

23 yaşlı Artur Samarin saxtakarlıq və seks ittihamlarını qəbul edib, onu 40 ilədək həbs cəzası gözləyir.

Özünü Asher Potts kimi təqdim etmiş Samarin 15 yaşlı bir qızla cinsi əlaqədə olmaqda ittiham olunur. İttihamnaməyə görə, o, ifadəsində deyib ki, 2014-cü ilin payızında, 22 yaşında ikən həmin qızla əlaqəyə girib.

Samarin Pensilvaniyadakı məktəbdə yaxşı ad çıxarıb, Floridada kollecə də qəbul olunub. Amma rəsmilər onun daha yaşlı olduğunu, viza müddətini pozduğunu da aşkarlayıb.

O, deportasiya da oluna bilər.

XS
SM
MD
LG