Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 12:41

-

Mühafizəkar Balkan ölkəsi olan Serbiyanın baş naziri deyir ki, yeni hökumətində ilk dəfə gey nazir olacaq. Aleksandar Vucic avqustun 8-də bildirib ki, gələcək İctimai Administrasiya naziri, 40 yaşlı Ana Brnabic cinsi oriyentasiyasını gizlətmir. Vucis geylərin qısnamaya məruz qaldığı ölkədə bu təyinatın ictimai diqqət çəkəcəyini bildiyini agah olduğunu sözlərinə əlavə edib. Amma bildirib ki, yalnız qadın nazirin göstərdiyi işlə maraqlanır və onunla işləməyi səbirsizliklə gözləyir.

“Onun şəxsi seçimi məni maraqlandırmır, onu Serbiya hökumətində salamlayırıq”, Vucic söyləyib.

Serbiyanın Gey Tarixi Alyansı bu seçimi “tarixi qərar” adlandırıb.

Vucic-in sağ mərkəzçi hökuməti bu həftənin sonuna kimi işə başlamalıdır. Seçki aprelin 24-də keçirilib.

Serbiya Avropa Birliyinə qoşulmaq istəyir və Vucic hökuməti gey hüquqlarını qorumağa boyun olub.

Serbiyanın 7 milyonluq əhalisinin 80 faizindən çoxu pravoslav xristianlardır.

2010-cu ildə Belqradda gey parad zamanı millətçilər iştirakçılara hücum edib, polislə toqquşma olub, 150 nəfər yaralanıb. Bundan sonra parad üç illiyə yasaqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG