Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:04

-

Rusiyanın antimonopoliya orqanları ABŞ-ın texnologiya nəhəngi olan Apple şirkətinə ittiham irəli sürüb. Avqustun 8-də bildirilib ki, bu şirkət iPhone telefonların Rusiyada satışına görə qiymət müəyyənləşdirib.

Federal Antimonopoliya Xidməti bildirir ki, araşdırmaları “iPhone 6s və iPhone 6s Plus telefonlarının Rusiyada rəsmi satışı başlanandan dilerlərin çoxunun onlara oxşar qiymətlər qoyduğunu və bir müddət bu qiymətləri saxladığını” üzə çıxarıb. Məlumata görə, bu qiymətlər digər iPhone modellərin qiymətilə üst-üstə düşüb. Məlumatda Rusiyanın Vimpelcom və Apple şirkətinin rəsmi onlayn mağazası daxil olmaqla 16 distributorun adı çəkilir.

Qurum iddia edir ki, Apple şirkətinin “tövsiyə etdiyi” qiymətlər Rusiyada məcburi kimi qəbul olunub.

Ötən ilin sentyabrında Rusiya ABŞ-ın internet nəhəngi Google-u Android mobil qurğularından rəqib xidmətləri ədalətsiz şəkildə uzaq tutmaqda ittiham edirdi. Hazırda tərəflər danışıqlar aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG