Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 05:35

-

Demokratların prezidentliyə namizədi Hillary Clinton-un elektron məktubları İranda ABŞ-a casusluğa görə edam olunmuş nüvə aliminin ölümünə görə məsuliyyət daşıya bilər. Bunu Clinton-un respublikaçılardan rəqibi Donald Trump deyir.

“Çoxları deyir ki, iranlılar ABŞ-a kömək etmiş alimi Hillary Clinton-un haker hücumuna məruz qalmış e-mail-ləri üzündən öldürüblər”, Trump avqustun 8-də “Twitter”də yazıb.

Trump-ın tərəfdarı olan senator Tom Cotton da Clinton-un e-mail-ləri ilə Shahram Amiri-nin edamı arasında əlaqə olduğunu bildirib.

Söhbət Clinton-un 2010-cu ildə dövlət katibi olarkən göndərdiyi e-mail-lərdən gedir. Bu yazışmalar ötən il, keçmiş dövlət katibinin özəl e-mail sistemi təhqiq olunarkən ictimaiyyətə açıqlanıb.

Amiri 2009-cu ildə Birləşmiş Ştatlara qaçıb, bir il sonra geri qayıdıb və Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) tərəfindən oğurlandığını deyib. Əvvəlcə onu qəhrəman kimi qarsalayıblar, sonra gözə elə də görünməyib.

2010-cu ildə, Amiri Tehrana qayıtmazdan 10 gün öncə Clinton-a göndərilmiş bir məktubda alimə işarə vurulduğu bildirilir. “Adamımız daha bir şey edə bilməyəcək. Getməlidirsə, qoy belə olsun”, məktubda deyilirdi.

XS
SM
MD
LG