Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:05

Real"ın UEFA superkubokunda "Sevilya" ilə oyun üçün heyəti müəyyənləşib.

Klubun rəsmi saytında gedən məlumata görə, 20 nəfərlik heyətdə Kriştiano Ronaldo, Qaret Beyl, Keylor Navas və Toni Kroos yer almayıb.

Ronaldo zədəyə görə oynamayacaq.

Baş məşqçisi Zinəddin Zidan digər 3 oyunçunun isə dincəlməsinə qərar verib.

"Real"ın heyətində aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Qapıçılar: Kiko Kasilya, Yanes Ruben , Luka Zidan

Müdafiəçilər: Dani Karvaxal, Serxio Ramos, Rafael Varan, Naço, Marselo, Danilo

Yarımmüdafiəçilər: Xames Rodriqes, Kasemiro, Mateo Kovaçiç, Luka Modriç, İsko, Asensio, Markos Lorente

Hücumçular: Kərim Benzema, Lukas Vaskes, Morata, Mariano.

Qeyd edək ki, Norveçdə keçiriləcək "Real" - "Sevilya" oyunu sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG