Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:07

'Dost olmayan ölkəni ən azı neytrallaşdırmaq' cəhdi


►​Niyə məhz avqustun 8-də?

İran, Rusiya və Azərbaycan liderləri Bakıda görüşürlər.

Görüş avqustun 8-də baş tutur. İranlı həmkarı Hasan Rouhani bir gün öncədən gəlsə də, Rusiya prezidenti Vladimir Putin-in Bakıya səfəri məhz avqustun 8-nə təsadüf edir.

8 il öncə məhz bu gün avqustun 8-də Rusiya Gürcüstana savaş açmışdı. Bəlkə də səfər üçün bu günün seçilməsi təsadüfdür, bəlkə də skeptiklər burda bir mesaj axtarmaqda haqlıdırlar...

Yeri gəlmişkən, bu Vladimir Putinin Azərbaycana son üç ildə üçüncü səfəridir və Azərbaycan dövlət başçısının fikrincə, bu iki ölkə arasında münasibətlərin “yüksək səviyyəsinin göstəricisidir”.

Bəs reallıqda Azərbaycanın hər iki dövlətlə münasibətlərinin yetərincə yüksək səviyyədə olduğunu demək olarmı? Azərbaycanda rəsmi səviyyədə olmasa da, zaman-zaman Moskva da, Tehran da işğalçı Ermənistana daha istı münasibət göstərdiklərinə görə ittiham olunurlar. Bakıya münasibətdə “mehriban düşmən kimi” xarakterizə edilirlər.

Bu gün isə üç dövlətin lideri birgə müzakirələr aparır. Yerli şərhçilərin təbirincə desək, “Azərbaycana dost olmayan” iki dövlətin - İran və Rusiyanın dövlət başçılarının səfərində məqsəd nədir? Bununla hansı mesajı verirlər? Fikirlər müxtəlifdir. Bir qrup siyasi şərhçi, politoloq hesab edir ki, bölgənin iki güclü dövləti Azərbaycanı təsiri altına salmağa çalışır. Başqa qrup politoloqlar bu yanaşmayla razılaşmırlar.​

Buna da bax: Putinə laqeyd rusiyalıların sayı artır

Deputat, politoloq Rasim Musabəyov bu fikirdədir ki, indiki məqamda “dost olmayan dövlət” ifadəsindən istifadə etmək düzgün deyil.

Rasim Musabəyov: Diplomatiyanın əsas hədəflərindən biri də odur ki, dost olmayan ölkələri azı neytrallaşdırmalısan
Gözlə

No media source currently available

0:00 0:00:20 0:00
Direct-ə keçid

“Diplomatiyanın məqsədi elə dost olmayanları, azı, neytrallaşdırmaq, neytral dövləti dosta çevirməkdir. Ona görə bu cür görüşlərin əhəmiyyəti böyükdür, vacibdir”.

Rasim Musabəyovun qənaətincə, bu görüşün Bakida keçirilməsi Azərbaycanın bölgədəki aparıcı rolunu və geopolitik baxımdan çəkisinin artdığını göstərir, “bu baxımdan, vacib görüşdür”. Ancaq politoloq güman etmir ki, həm Rusiya, həm də İran prezidentləri Bakıya Azərbaycan prezidentini məmnun etməyə gəlirlər.

Rasim Musabəyov
Rasim Musabəyov

“Tərəflərin konkret maraqları var və bu maraqlar da böyük layihələrin reallaşdırılması ilə bağlıdır. Şimal-Cənub layihəsi təkcə bölgə üçün önəm daşımır, həm də Avrasiya kontekstində vacibdir. Bu yol aradakı məsafəni qısaldır və Hindistanın, Pakistanın Avropaya çıxışına imkan yaradır”, - Musabəyov bildirir.

Prezident İlham Əliyev də Putinlə görüşdə üçtərəfli formatdan danışarkən deyib: “...çox ümidverici olan bu yeni format ikitərəfli əməkdaşlıq çərçivəsində yaxşı potensiala malikdir. Bu gün qarşılıqlı regional fəaliyyətin mühüm məsələləri müzakirə ediləcək. Fikrimcə, bu, həm ölkələrimizin iqtisadi inkişafına, həm də bizim regionda təhlükəsizlik sisteminin möhkəmlənməsinə şərait yaradacaq”.

“GÖSTƏRMƏK İSTƏYİRLƏR Kİ...”

Siyasi şərhçi Rauf Mirqədirovun fikrincə, Moskva və Tehran Azərbaycanın, bütünlükdə regionun hələ də onların təsir dairələrində qaldığını göstərmək istəyirlər. O, hər iki dövlətin də ənənəvi mövqeyinin dəyişmədiyi qənaətindədir:

Rauf Mirqədirov Rusiya prezidentinin Bakı səfərini şərh edir
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00
Direct-ə keçid

“Onlar hər zaman göstərmək istəyirlər ki, region dövlətlərinin işinə qeyri-regional dövlətlər müdaxilə edə bilməzlər. Region dövlətlərinin üzləşdiyi bütün problemlərini onlar həll etməlidirlər. Bu, ümumi siyasi mesajdır. Görüşün yerinin seçilməsi də bir mesajdır ki, region ancaq bu iki dövlət arasında rəqabət predmetinə çevrilə bilər. Bu, siyasi mesajdır”.

Amma bu siyasi mesaj nə dərəcədə təsirlidir? Rauf Mirqədirov İranın da, Rusiyanın da hərbi-siyasi baxımdan regiona təsir imkanlarının güclü olduğunu düşünür. Amma o, Rusiyanın iqtisadi baxımdan güclü olmadığını bildirir:

“Şimal-Cənub dəhlizi haqqında çox söhbət gedir. Hətta Rusiya dəmiryolları bəyan edir ki, həmin layihənin operatorluğunu öz üzərinə götürə bilər. Digər tərəfdən, Türkiyəni cəlb etmək istəyirlər, Türkiyə axını haqqında danışırlar. Amma bu yaxınlarda Rusiyanın iqtisadiyyat nazirinin müavini dedi ki, ölkəsi iqtisadiyyatının yenidən qurulmasında ciddi addımlar atmazsa, gələn il Rusiya ən vacib öhdəliklərini yerinə yetirə bilməyəcək. Söhbət maaşların, təqaüdlərin verilməsindən gedir. Ona görə də bu addımlar daha çox təbliğat xarakterli addımlardır. Region dövlətlərinə psixoloji və zərbə təbliğatı təsiri daşıyır. Amma bunun arxasında real güc görmürəm”, – söyləyir siyasi şərhçi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG