Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 21:03

-

Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcminin 2016-cı il iyulun 1-də 1 539,8 milyon manata çatdığı bildirilir.

Report Mərkəzi Banka istinadən xəbər verir ki, iyun ayı ilə müqayisədə problemli kreditlərin həcmi 25,6 milyon manat artıb.

2016-cı ilin əvvəli ilə müqayisədə isə vaxtı keçmiş kreditlərin azı 31 milyon manata artdığı qeyd edilir

Xəbərdə qeyd edilir ki, vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi 8,35 faiz təşkil edib.

Milli valyutada verilən qısamüddətli kreditlərin son bir ayda 3,6 milyon manat azaldığı bildirilir. Uzunmüddətli kreditlərin isə artdığı deyilir.

Xarici valyutada vaxtı keçmiş kreditlərin də son bir ayda 24,3 milyon manat artdığı açıqlanıb.

Beynəlxalq maliyyə təşkilatları Azərbaycanda problemli kreditlərin bundan sonra da artacağını proqnozlaşdırırlar. Onlar hətta, hesab edirlər ki, problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi 20 faizə çatacaq

XS
SM
MD
LG