Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:44

Gürcüstan 2008-ci ildə həlak olanların xatirəsini anır


Giorgi Margvelashvili

Giorgi Margvelashvili

Gürcüstan 2008-ci ildə Rusiya ilə qısa müharibədə həlak olanların xatirəsini anır.

Ölkə sakinləri sübh tezdən Tbilisidəki Muxatqverdi qəbristanlığını ziyarət ediblər.

8 il əvvəl, avqustun 8-də Rusiya ilə müharibədə 400-dən çox adam ölüb. Opnlardan 170-i hərbçi, 14-ü polis, 226-sı isə mülki sakinlərdir.

Onların əksəriyyəti bu məzarlıqda dəfn olunub.

Ölənlərin yaxınları, siyasətçilər və şəhər sakinləri avqustun 8-də qəbristanlığı ziyarət edib, onların xatirəsini anıblar.

Mərasimdə prezident Georgi Marqvelashvili də iştirak edib.

“Nüvə dövləti olan Rusiya, kiçik qonşu ölkənin ərazisini zəbt etmək və onun ərazisində qondarma müstəqil dövlətlər yarandığını elan etməsinə görə cavab verməli olacaq.

Biz Gürcüstanı yenidən bütövləşdirəcək, prosesi sabitləşdirəcək və ölkəni birləşdirəcəyik”. Bunu müharibə yox , sülh prosesi ilə edəcəyik”.

Qərb ölkələri Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya bölgələrini müstəqil dövlətlər kimi tanımır.

Rusiya həmin vaxt bu bölgələri tərkibinə qatmadı, onların müstəqilliyini bəyan elədi.

Moskva hələ müharibəyədək bu bölgələrin sakinlərə Rusiya pasportları verirdi.

Rusiyanın həmin vaxt verdiyi itkilər barədə məlumatlar ziddiyətlidir, 48-74 nəfər arası.

Haqqa məhkəməsi hazırda Rusiya ilə Gürcüstanın bu müharibədə törətdikləri cinayətləri araşdırır.

Məhkəmə bütün cinayətlərin iyulun 1-i, oktyabrın 10-u arasında baş verdiyini bildirib. İstintaq davam edir.

Qeyd edək ki, 90-cı illərin əvvəllərində Cənubi Osetiya və Abxaziya müharibələri nəticəsində təxminən 20 min gürcü ev-eşiyindən didərgin düşüb.

Haaqa məhkəməsi bunda Rusiya hərbçilərinin də rolu olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG