Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:44

Rusiya prezidenti Vladimir Putinin ölkə daxilində nüfuzu ketdikcə düşür.

Son ilyarımda ona qarşı etimadsızlıq artıb.

“Levada-Mərkəzi” nin keçirdiyi sorğunun nəticələrinə görə, Putinə rəğbəti olanların sayı 29-faizə düşüb.

Hansı ki, bu göstərici 2015-ci ilin martında 37 faiz idi.

Mərkəzin direktoru Lev Qudkovun sözlərinə görə buna səbəb, rusiyayılarda sanksiyalar və Krımın ilhaqından doğan emosiyanın yoxa çıxmasıdır.

Belə ki, dövlət KİV-ləri həmin vaxt əhalini prezidentin ətrafına toplaya blmişdi.

Amma Qudkov bildirir ki, indi prezidentə laqeyidlik göstərənlərin azaldığı müşahidə olkunur ki, bu avtoritar rejimlər üçün təbii haldır.

Rəyi soruşulanların 17-i faizi Putinə etinasız yanaşıb.

Onlar prezidentin ordu və Rusiyanın dünyada mövqeini möhkəmləndirməsini, onun ən böyük uğuru sayıblar.

Amma korrupsiya və rüşvətxorluqla mübarizə, həyət səviyyəsi, pensiya və maaşların qaldırılması , habelə iqtisadi inkişaf sahəsində prezidenti dəstəkləyənlərin sayı getdicə azalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG