Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:25

Savchenko prezident aparatının qarşısında etiraz aksiyası keçirir


Savchenko

Savchenko

Əsirlikdə olan Ukrayna hərbçilərinin qohumları Kiyevdə prezident aparatının qarşısında etiraz aksiyası keçirirlər.

Aksiyada Ali Rada-nın deputatı və bu yaxınlarda Rusiyada hərbi əsirlikdən azad edilmiş Nadia Savchenko, bacısı Vera və digər keçmiş hərbi əsirlər də iştirak edir.

Savchenko bildirib ki, aksiyaçılar ukraynalı əsirlərin azad edilməsi tələbilə prezident Petro Poroshenkoya müraciət imzalayacaqlar.

Savchenko ötən həftə yerli televiziyalardan birinə müsahibəsində Ukraynanın şərqində hərbi əməliyyatları dayandırmağa və əsirləri azad etməyə çağırmışdı.

O hakimiyyəti əsirlərin azad edilməsi yönündə lazımi addımlar atmamaqda günahlandırır və buna görə avqustun 3-dən aclıq aksiyasına başlayıb.

Savçhenko bir daha münaqişə sonasına gedib separatçılarla dialoq qurmağa hazır olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG