Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:09

Avqustun 8-də Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, Azərbaycan və Rusiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Nazir əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb.

Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksei Ulyukayev də iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olmasından danışıb. O, qeyd edib ki, bu əməkdaşlığın genişlənməsindən ötrü hər iki ölkənin böyük potensialı var.

Biznes-forum İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilib.

Bu gün - avqustun 8-də Rusiya prezidenti Vladimir Putin-in də Azərbaycana gəlişi gözlənilir.

Avqustun 8-də Rusiya, İran, Azərbaycan liderlərinin tarixdə ilk üçtərəfli görüşü olmalıdır. Görüş zamanı iqtisadiyyat, təhlükəsizlik, terrorizmlə mübarizə, Xəzər dənizinin statusu və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirə ediləcəyi bildirilir.

Bundan başqa, prezidentlərin ayrı-ayrılıqda bir-birlərilə də görüşü gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG