Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:40

Bankların kredit qoyuluşu artıb


Mərkəzi Bank
Mərkəzi Bank

İyulun 1-nə kimi banklar 17 milyard 885.4 milyon manat kredit veriblər.

Mərkəzi Bankın (MB-nin) yaydığı məlumata görə, bu, iyunun əvvəli ilə müqayisədə 237.1 milyon manat və ya 1.3 faiz çoxdur. İyunun əvvəlində kredit qoyuluşları 17 milyard 648,3 milyon manat olmuşdu.

Ekspertlərin fikrincə, bu artım, əsasən, bankların Mərkəzi Bankdan aldıqları manat krediti hesabına yaranıb. MB son dövrdə banklara kreditlər verib. Ekspertlər güman edir ki, onlar bu kreditin bir qismini dollar alışına, bir qismini də sahibkarlara veriblər.

XS
SM
MD
LG