Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:37

-

Pakistanın cənub-qərbindəki Quetta şəhərində xəstəxana darvazası ağzında partlayış törədilib, azı 53 nəfər həlak olub.

Avqustun 8-dəki partlayışda onlarla adam yaralanıb. Hadisə bir hücumda öldürülmüş tanınmış vəkilin meyiti xəstəxanaya gətiriləndən sonra baş verib.

Bölgənin daxili işlər naziri Sarfraz Bugti hücumu “terror aktı” adlandırıb.

Xəstəxanaya hücuma görə məsuliyyəti götürən olmayıb.

Vəkil Bilal Kasi-nin qətli arxasında kimin durduğu da bəlli deyil. O, avqustun 8-də səhər tezdən, məhkəməyə gedərkən güllələnib.

Yerli televiziyalar xəstəxana ətrafında adamların qaçışdığını göstərir. Polisin məlumatına görə, ölənlərdən çoxu Kasi-nin meyiti gətiriləndən sonra xəstəxana qarşısına toplaşan vəkillərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG