Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:49

Hələbdə üsyançılara zərbələr endirilir


Hələb yaxınlığı, 6 avqust, 2016-cı il

Hələb yaxınlığı, 6 avqust, 2016-cı il

--

Suriyanın dövlət xəbər agentliyinin bildirdiyinə görə, Hələb ətrafındakı üsyançı mövqelərə hərbi təyyarələr zərbələr endirir. Daha öncə müxalifətçilər hökumətin üç həftədir davam edən mühasirəsini yardıqlarını elan etmişdilər.

Hələb əməliyyatları beş illik savaşda həlledici məqama çevrilməkdədir. Bu savaşda yüz minlərlə insan ölüb, bir milyondan çox insan qaçqına çevrilib.

İyirmidən çox üsyançı qrupun yaratdığı alyans hökumət qüvvələrinə qarşı birləşib. Onlar irəliləyə bilsələr, bu, şəhərin bəzi hissələrinə yardım çatdırılmasıyla sonuclanar.

SANA agentliyi hökumətin mühasirəsinin yarıldığını təkzib edib, bildirib ki, hərbi təyyarələr üsyançıların mövqelərinə və maşınlarına zərbələr endirir.

Hökumətlə yanaşı savaşan Hizbollah qruplaşmasının media qanadı üsyançıların irəliləməsini təsdiqləyib, bildirib ki, qüvvələr geri çəkiləndən sonra hava zərbələri ilə hərbi kolleclərdən biri yerlə yeksan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG