Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:57

Avqustun 7-də Rio-de-Janeyronun «Windzor Barra» otelində 2017-ci ildə Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarının təqdimat mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən məlumat verilib.

Katiblikdən verilən xəbərə görə, gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın bir sıra mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyindən danışıb. O, I Avropa Oyunlarını, «Formula 1 Grand Prix» turnirini və digər Avropa, dünya çempionatlarını buna misal gətirib: «Daim dünyaya tolerantlıq nümayiş edən Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarını keçirməkdə məqsədi İslam dininin gözəlliyini, insanlar arasında dostluq, mehribanlıq münasibətlərini yaratmağı nümayiş etdirməkdir. 12 yarış günü ərzində 5000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq. Daim hər bir yarışa yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz, IV İslam Həmrəyliyi Oyunları ilə Azərbaycan simasında müsəlman ölkəsinin gözəlliyini, tolerantlığını nümayiş etdirəcək».

A.Rəhimovun çıxışından sonra qonaqlara IV İslam Həmrəyliyi Oyunları haqda hazırlanmış film nümayiş etdirilib. Filmdə 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Oyunlarına hazırlıq prosesi, idman obyektləri haqqında məlumat və digər mühüm məqamlar öz əksini tapıb.

Avqustun 6-da Braziliyanın Rio-de-Janeyro şəhərində isə XXXI Yay Olimpiya Oyunları başlayıb. Azərbaycanı bu yarışlarda 56 idmançı təmsil edir. Onlardan artıq bir neçəsi müxtəlif yarışlar üzrə mübarizəni yarımçıq dayandırıb.

Oyunlar 17 gün davam etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG