Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 19:10

-

Beynəlxalq paralimpiya komitəsi (IPC) Rusiyanı təmsil edən idmançıları dopinq istifadəsinə görə Braziliyada sentyabrın 7-18-i keçiriləcək Paralimpiya idman yarışlarından xaric edib.

Komitə avqustun 7-də keçirilən mətbuat konfransında səsləndirdiyi bəyanatda, Rusyanın dövlət-dəstəkli dopinq proqramını “görünməmiş hücum” adlandıraraq belə bir yanaşmanın yarışlarda dopinqsiz iştirak edən idmançılara qarşı haqsızlıq olduğunu bildirib.

“Rusiya komandasını Paralimpiyadan xaric etmək qərarı qeyri-insani bir rəftardır. Bu addım müasir dünyanın təməli olan ali insan haqları standartlarına xəyanətdir”, deyə Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova öz Facebook hesabında qeyd edib.

Bu qadağa Rio Papalimpiya yarışlarında iştirak edəcək 270-ə yaxın Rusiya idmançısına şamil edilib.

İdman sahəsində hüquqşunas olan Artyom Patsevin TASS xəbər agentliyinə bildirib ki, Rusiyanın bu qərarla bağlı sentyabrın 18-dək məhkəməyə müraciət etməyə vaxtı var.

IPC prezidenti Filip Kraven bildirib ki, Rusiya paralimpiyaçıları sınmış bir sistemin hissəsi olublar. Dopinqdən istifadə etməyənlərə isə o, öz simpatiyasını bildirib.

Komitənin qadağasına acıqlanan Rusiya idman naziri Vitali Mutko, Rusiyanın idmanla bağlı mübahisələr üzrə beynəlxalq apellyasiya məhkəməsinə müraciət edəcəyini bildirib.

Azadlıq radiosunun Rusiya Xidmətniə görə, Rusiya bu cəzanı ölkə olaraq deyil, siyasi hakimiyyəti olimpiya nəticələrinin saxtalaşdırılmasını həyata keçirən sistemin yaradılmasına və belə bir sistemin tətbiqinə dövlətin xüsusi orqanlarını da cəlb etdiyinə görə alıb. Bu haqda Dünya Anti-Dopinq Agentliyi ötən ay böyük hesabat da dərc edib.

Soçi 2014 Qış Paralimpiya oyunlarında Rusiya 30-u qızıl olmaqla ümumilikdə 80 medal qazanıb. Həmçinin, 2010-cu ildə 38 medal Vankuverdə, 2006-da Turində 33, Yay Paralimpiya oyunlarında isə Rusiya 2012-ci ildə 36, 2008-də 18 və 2004-cü ildə isə 16 medala sahib olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG