Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:03

Avqustun 7-də Hələb şəhərində ara-sıra toqquşmaların olduğunu qeydə alınıb. Bu hadisələr hökümət qüvvələri tərəfindən üç həftə davam edən mühasirənin müxalifət döyüşçüləri tərəfindən yarılmasından bir gün sonra baş verib.

İnsan Haqları üzrə müşahidəçilərin AFP-yə verdiyi xəbərə görə, Hələbin cənubunda açıq olan yolu vətəndaşlar üçün istifadə etmək çox təhlükəli idi. Bu yolda davamlı toqquşmalar və hava hücumları baş verirdi.

İstanbulda yerləşən Milli Koalisiya müxlifət qüvvələri bildirir ki, onlar avqustun 6-da Rusiyanın dəstək verdiyi Suriya hökümət qüvvələrinin mühasirəsini yarıblar. Müxalifətçilərin yaydığı videomaterialda döyüşçülərin uzun mühasirəni yarılmasını bayram etdikləri görünür.

Müxalifət qüvvələri və islamçı döyüşçülər keçən həftə iyulun 17-dən başlayan mühasirəni yarmaq üçün gərgin döyüşlər aparıblar. Onlar Hələbin şərq hissəsində təxminən 250000 insanın yaşadığı ərazidə məskən salıblar.

Suriya dövlət Televiziyası mühasirənin yarıldığını inkar edərək bildirir ki, avqustun 6-da gecə saatlarında hökümət ordusu Hələbin cənubunda həlledici mövqelərdə nəzarəti yenidən ələ keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG