Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:14

İŞİD-də Amerika raket qurğuları haradandı?


Suriya ordusu ilə vuruşan İŞİD qruplaşması
Suriya ordusu ilə vuruşan İŞİD qruplaşması

İŞİD qruplaşması üzvləri Əfqanıstanda ABŞ silah-sursatı ələ keçirdiyini bəyan edib. Xəbəri Reuters yayıb.

Qruplaşma üzvləri Amerika hərbçilərinin istifadə etdikləri portativ raket qurğuları, radiostansiya və başqa texnikanın fotolarını yayıblar. Fotolarda ABŞ ordusunun əsgərlərindən birinin şəxsiyyət vəsiqəsi də görünür.

Qruplaşma üzvləri hərbçilərin həmin silah-sursatı əməliyyatlardan birində itirdiklərini bildirirlər. ABŞ komandanlığı bunun nə zaman, harada olduğunu araşdırır.

Buna da bax: Roma papası: «Dünya müharibədədir»

Bu ilin iyulunda ABŞ prezidenti Barack Obama bildirmişdi ki, 8400 amerika hərbçisi 2017-ci ilədək Əfqanıstanda qalacaq. Daha əvvəl onların sayının 5 minədək azaldılacağı gözlənilirdi.

XS
SM
MD
LG